İstirahətimizi necə zənginləşdirə bilərik?
Qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycan özündə əsrlərin tarixini qoruyur və gələcək nəsillərə çatdırır. Bu gün istər Bakıda, istərsə də regionlarda onlarla müasir hotel və istirahət mərkəzləri fəaliyyət göstərir və əlbəttə ki, bu, xalqımızın qonaqpərvərlik ənənələrinə əsaslanır. Hotelimizdə istirahət edərək, ətraf rayonlarda mövcud olan təbii və mədəni turizm imkanlarından da yararlana bilərsiz. Dünyanın əsas quş miqrasiyası dəhlizlərindən biri məhz Beşbarmaq dağı və Xəzər dənizi arasından keçir. Hər il bu yerdən minlərlə quş keçir və bu da quş müşahidəsi ilə məşğul olanlar üçün maraqlıdır. Beşbarmaq dağı və ətrafında yaradılmış qoruqda isə yerli inanclar və təbiətlə tanış ola bilərsiniz. Qədim Şabran şəhərinin qalıqları, yaxud zirvədə yerləşən Çıraqqala tarix həvəskarlarını cəlb edəcək. Qubada unikal Qırmızı qəsəbə diqqətinizi çəkəcək. Burada yeni açılmış muzey və informasiya mərkəzinə baş çəkmək olar. Qubada Qəçrəş və Təngəaltı meşələri, Xınalıq kəndi, Qolf klubu da ziyarət edilə bilər. Quba Soyqırımı Memorial Kompleksində isə 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş faciəvi hadisələrin əks olunduğu muzeylə tanış olmaq mümkündür. Aktiv fəaliyyətlə məşğul olmaq istəyənlər Şahdağ kurortuna yollanaraq, paraqlaydinq, kvadrasikl, yolsuzluq avtomobili kimi onlarla fərqli xidmətlərdən yararlana bilərlər.
Azərbaycanda turizm imkanları ilə Azerbaijan.Travel veb-saytında tanış ola bilərsiniz.