top of page
Unique in Azerbaijan

THE FIRST & ONLY

KITE HOTEL

IMG_1941.jpg

“Blueplanet Beach Hotel”ə xoş gəlmişsiniz!

“Bura bir dəfə gələn yenidən gəlmək istəyir…” – məhz bu sözləri bizim qonaqlarımızın rəylərindən oxumaq olar. Hətta elə olub ki, bir gecəlik rezervasiya etmiş qonaqlarımız ətrafdakı gözəllik və rahatlıqdan, eləcə də möhtəşəm qürubdan doymadıqları üçün istirahət müddətini və rezervasiyalarını uzadıblar.

Otaqlar

“Shorabad kite surfing beach” sizə sakitlik və şəhərin səs-küyündən uzaq gözəl istirahət vəd edir. Burada nəinki kaytsörfinqlə məşğul olmaq istəyənlər, həm də dünyanın hər yerindən ölkəmizə buyurmuş qonaqlarla görüşmək olar.

IMG_1023.jpg

Villa

“Blue planet kite surfing beach” sizə sakitlik və şəhərin səs-küyündən uzaq gözəl istirahət vəd edir. Burada nəinki kaytsörfinqlə məşğul olmaq istəyənlər, həm də dünyanın hər yerindən ölkəmizə buyurmuş qonaqlarla görüşmək olar.

1U6A9634-min.jpg

İstirahət və kaytsörfinq

“Küləklər şəhəri” Bakıdan cəmi bir saatlıq məsafədə küləyin gücündən zövq alın! 

Şorabadda yerləşən bu gözəl məkanda otel və restoran xidmətlərimiz mövcuddur. Əlverişli külək şəraiti, kaytsörfinqlə məşğul olmağı bacaranlar üçün ideal şərait yaradır. 

Əgər kaytsörfinq təcrübəniz varsa, sadəcə avadanlığınızı götürüb gəlin və küləklə sərbəst şəkildə bir olun! 

Xidmətlərimiz və restoran

Kaytsörfinq taxtasını qısa müddətlik qırağa qoyaq və restoran və hovuz barına yollanaq. Burada gündəlik və təzə ərzaqlardan hazırlanan menyudan, ev üsulu kokteyllərdən, soyuq çay və desertlərdən zövq alacaqsınız. Səhər yeməyindən şam yeməyinə kimi sizə sağlam, təzə və ev üsulu təamlar, qəlyanaltı və dondurmalar təqdim edirik. Mehriban kollektivimiz isə hotelimizdə qalarkən bütün istəklərinizin gerçəkləşdirilməsi üçün əlində gələni edəcək. Tezliklə sizi də “Shorabad kite surfing beach”də gözləyirik.

Fəaliyyət növləri

Biz həmçinin velosiped sürmək, padlbord taxtasında durmaq, üzgüçülük, boççiya, yoqa, yaxud sadəcə günəş vannası qəbul etmək kimi fərqli xidmətlər təklif edirik. Çimərlikdə qızmar günəşli və təmiz dəniz havasından, eləcə də Xəzər dənizinin əsrarəngiz görüntüsündən zövq alın!

Məxfilik

Hovuz ətrafında dünyanın hər bir tərəfindən gələn qonaqlarımızla tanış ola, yaxud suya baş vura bilərsiniz. Sadəcə restoranımızın terrasında istirahət edərək, ləzzətli içkilərdən zövq ala və bir neçə addımlıqda kaytsörfinqlə məşğul olanları izləyə bilərsiniz.

BİZİMLƏ ƏLAQƏ

  • Whatsapp
  • Facebook
  • Instagram

Şorabad qəsəbəsi
Xızı rayonu - Azərbaycan

+994502770730

info@kitesurfing.az

Xəbərlərimizə Abunə olun

Təşəkkür edirik!

bottom of page